Türkiyə "donuz qripi"nə yoluxdu: 5 ölü

Türkiyədə "donuz qripi"nə yoluxanların sayının artması ilə əlaqədar son iki gündə 35 nəfər yüksək hərarət və qusma şikayətləri ilə xəstəxanalara müraciət edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xəstələrdən 5-i ölüb, 30 nəfərin müalicəsi davam etdirilir. Onlarda "donuz qripi"nin aşkarlandığı açıqlanıb.

 

Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.

 

Həkimlər mövsüm dəyişkənliyinin bu virusun yayılmasına şərait yaratdığı barədə xəbərdarlıq ediblər. İnsanlara qrip və sətəlcəm peyvəndləri olunması məsləhət görülüb.

  

Müəllif | Apa.Tv
Apa.tv