Həkim tibb bacısına sataşan xəstəni öldürdü - KAMERA GÖRÜNTÜSÜ

Rusiyanın Belqorod vilayət xəstəxanasında pasiyenti öldürməkdə təqsirləndirilən həkimə qarşı cinayət işi qaldırılıb. APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, insident dekabrın 29-da baş versə də, bu barədə məlumat yalnız yanvarın 8-də açıqlanıb.

Baş vermiş hadisə xəstəxananın müşahidə kameralarından qeydə alınıb. Kadrlarla hadisənin xəstəxananın qəbul şöbəsində törədildiyi aydın görünür. Həkimlər tərəfindən zərərçəkənə tibbi yardım göstərilsə də, onu həyata qaytarmaq mümkün olmayıb.

İlkin məlumatlara görə insident sərxoş pasiyentin tibb bacısını təhqir etməsi ilə başlayıb. Həkimlərdən biri xəstəni sakitləşdirməyə çalışdığı zaman əsəblərinə hakim ola bilməyib və onu vurub. Maraqlısı budur ki, hadisəni törədən şəxs hələlik başqa yerə getməmək şərti ilə azadlığa buraxılıb.

Müəllif | Apa.Tv
Apa.tv