Neftin qiyməti yeni antirekord müəyyənləşdirdi, qızıl və gümüş də ucuzlaşmaqda davam edir

Dünya bazarında "Brent" markalı neftin qiyməti yeni antirekord müəyyənləşdirib. APA TV-nin məlumatına görə, neftin bir barelinin qiyməti qısa müddətə 32.81 dollara enib. Daha sonra birjalarda təklifin azalması neftin qiymətində cüzi artıma səbəb olub. Fevral ayının 16-sı üçün bağlanan fyüçerslərdə "Brent" markalı neftin bir barelinin qiyməti 33.34 dollar götürülüb. WTI markalı neftin qiyməti isə 32.89 dollardır. İlk dəfə olaraq gündəlik seanslarda "Brent" və WTI markalı neftlərin qiymət fərqi 0.13 sent təşkil edib. WTI neftinin gündəlik ən aşağı qiyməti 32.66 dollar olub.

 

Dünya qiymətli metallar bazarında da eniş müşahidə olunur. Birjalarda qızılın bir unsiyası 1103, gümüşün unsiyası isə 13,93 dollardan satılıb. 

Müəllif | Apa.Tv
Vüqar Məsimoğlu