Türkiyədə avtobus qəzası: 8 sərnişin öldü
Türkiyədə miqrantları daşıyan avtobusun aşması nəticəsində 8 nəfər ölüb, 42 nəfər xəsarət alıb.
APA TV-nin Türkiyə mənbələrinəistinadən verdiyi xəbərə görə, hadisə Balıkesir ərazisində qeydə alınıb.
İdarəetmədən çıxan sərnişin avtobusu istinad divarına çırpılıb.
Xəsarət alanlar Balıkesir xəstəxanasına yerləşdirilib