Suriyadakı əməliyyatlarda 8 uşaq öldürüldü

Koalisiya qüvvələrinə məxsus qırıcı təyyarələr PYD-nin yanlış istiqamətləndirməsi səbəbi ilə Rakka şəhərinin şimalındakı Hazime yaşayış məntəqəsinə ardıcıl aviazərbələr endirib.

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, nəticədə, aralarında 8 uşağın da olduğu 11 dinc həyatını itirib, onlarla yaralının olduğu da bildirilir. Aviazərbələr nəticəsində bölgədə irimiqyaslı dağıntıların olduğu da verilən məlumatlar arasındadır.

Qeyd edək ki, daha öncə PYD silahlıları bölgədə yaşayan minlərlə ərəb və türkmən əhalini yaşadıqları evlərdən çıxararaq, burada etnik təmizləmə həyata keçirmişdi.

Müəllif | Apa.Tv
Apa.tv