Bu gün Salatın Əsgərovanın şəhid olduğu gündür

Bu gün Azərbaycanın Milli Qəhramanı Salatın Əsgərovanın şəhid olduğu gündür. APA TV-nin məlumatına görə, Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib.

 

1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə Salatın Əsgərova qətlə yetirilib.

 

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilib.

 

O, Şəhidlər Xiyabanında dəfn edilib. Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv
Apa.tv