Tatarıstanda faciə: 5 uşaq yanaraq öldü

Rusiya Federasiyasının Tatarıstan Respublikasında baş verən yanğında 5 uşaq ölüb.

 

APA TV-nin Rusiya saytlarına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 9-da gecə saatlarında Stariy Kuvak kəndindəki fərdi evdə baş verib.

 

Yanğının söndürülməsinə 14 texnika, 36 yanğınsöndürən  cəlb olunub. Yanğın söndürüldükdən sonra hadisə yerində 5 uşaq və ev sahibəsinin meyiti aşkar edilib.

 

Tatarıstan polisi hadisənin baş vermə səbəbini araşdırır. 

Müəllif | Apa.Tv
Apa.tv