Tovuzda 21 yaşlı ana və körpəsi doğuş zamanı ölüb
Tovuzda ana və övladı doğuş zamanı ölüb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, Qovlar şəhər sakini, 21 yaşlı Lalə Abbasova 3 gün əvvəl doğuş üçün Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Əməliyyat edilən ananın övladı ölü doğulub. Əməliyyatdan 3 gün sonra isə ana dünyasını dəyişib.
L. Abbasova sonuncu doğuşa kimi 2 qız övladı dünyaya gətirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.