Qazax sakini cərrahiyyə masasında keçinib

Qazaxda ölüm faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Qazax Diaqnostika Mərkəzində qeydə alınıb.

 

Rayon sakini, 1978-ci il təvəllüdlü Zaur Əhmədov sol bazu sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat edilən yaralı xəstəxanada dünyasını dəyişib.

 

Zaur Əhmədov iki uşaq atası olub.

Müəllif | Apa.Tv
Apa.tv