Zaqatala sakini təndirdə yanıb!

Zaqatala rayon sakini təndirdə yanıb. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Muxax kəndində qeydə alınıb. Zaqatala rayonu Muxax kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədəminova Pirdovus Şaban qızı yaşadığı evin həyətindəki təndirə çörək yapan zaman ehtiyatsızlıqdan təndirə düşüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Pirdovus Məmmədəminova Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Zaqatala  MRX-dan verilən məlumata görə, Pirdovus Məmmədəminova təndirə düşməsi nəticəsində yuxarı və aşağı  ətrafların 2-ci və 3-cü dərəcəli texniki yanıq xəsarəti alıb. Hazırda onun vəziyyəti orta-ağır hesab olunur. Faktla bağlı araşdırma aparılır.

 
 

Müəllif | Apa.Tv
Vüqar Heydərov