Türkiyə daha 3 şəhid verdi
Türkiyədə PKK terror təşkilatına qarşı əməliyyatlar davam edir.
APA TV-nin məlumatına görə, ötən gün hüquq-mühafizə orqanlarına Van vilayətində Erdemit yolunun kənarındakı evə bir qrup terrorçunun yığışması barədə məlumat daxil olub. Dərhal həmin ünvanda əməliyyat keçirilib.
Atışma vaxtı 1 polis şəhid olub, daha 2 əməkdaş isə güllə yarası ilə xəstəxanaya aparılıb. Evə yığışan terrorçuların 12-si də öldürülərək zərərsizləşdirilib.
Diyarbəkirin Sur qəsəbəsində PKK terrorçularına qarşı keçirilmiş əməliyyat zamanı isə 1 əsgər və 1 polis şəhid olub, 3 əsgər isə yaralanıb.
Hazırda bölgədə PKK terroristlərinə qarşı əməliyyat davam edir.