Qazax və Tovuzda 3 qadın dəm qazından zəhərlənib
Qazax və Tovuzda dəm qazından zəhərlənmə qeydə alınıb.
APA TV-nin qərb bürosunun xəbərinə görə, Qazax şəhər sakini, 1992-ci il təvəllüdlü Telli Qurbanova və rayonun Ağköynək kənd sakini, 1977-ci il təvəllüdlü Kəmalə Poladova dəm qazından zəhərlənmə əlamətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Tovuzda da dəm qazından zəhərlənmə olub. Rayonun Abulbəyli kənd sakini, 1989-cu il təvəllüdlü Günel Kərimova dəm qazından zəhərlənmə əlamətləri ilə Tovuz Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardı göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, hər 3 qadın yaşadıqları evin vanna otağında olarkən dəm qazından zəhərlənib.