Rubl sürətlə ucuzlaşmağa başladı - BÖHRAN

Rusiyada bazar ertəsi birjalar fəaliyyətə başladıqdan sonra rublun kursunda ucuzlaşma qeydə alınıb.

 

APA TV-nin məlumatına görə, Moskva birjalarında ABŞ dolları 76,49 rubla satılır, bu, bir həftə öncəki məzənnədən 2,1 faiz bahadır.

 

Rusiyada avro da bu gündən rekord həddə bahalaşıb. Hazırda bir avro 83.98 rubldan satılır.

 

Treyderlər rublun dəyər itirməsini neftin ucuzlaşması və Çin iqtisadiyyatında aşağı artım templəri ilə izah edirlər. Bu gün “Brent” markalı neftin qiyməti 33 dollara enib, avro da dollar qarşısında dəyər itirməyə başlayıb.

 

Sabah ABŞ-ın neft ehtiyatlarının həcmi ilə bağlı növbəti hesabat açıqlanacaq, birjalarda dolların möhkəmlənməsi və neftin ucuzlaşması bu amillə izah olunur.

Müəllif | Apa.Tv
Apa.tv