Respublika Taun Əleyhinə Stansiyası: "Donuz qripi" ilə bağlı şübhəli hal qeydə alınmayıb
Respublika Taun Əleyhinə Stansiyasına "donuz qripi" (H1 N1) ilə bağlı heç bir şübhəli nümunə daxil olmayıb.
Bunu APA TV-yə açıqlamasında stansiyanın müdiri Rakif Abdullayev deyib.
O bildirib ki, daxil olan xəstələrdən götürülən bütün analizlərin cavabları neqativdir. Stansiya istənilən situasiyaya tam hazır vəziyyətdədir və əgər şübhəli hal qeydə alınarsa, mediaya bu barədə mütləq məlumat veriləcək.
Rakif Abdullayev əlavə edib ki, Respublika Taun Əleyhinə Stansiyasının regional şöbələrində də müayinələr aparılır, nəticələr mərkəzə göndərilir. Regionlardan gələn nümunələrdə də hər hansı şübhəli vəziyyət qeydə alınmayıb.