İranlı nazir: "Səudiyyə Tehranla Qərbin yaxşı münasibətini istəmir"
"Səudiyyə Ərəbistanı İranla razılaşdırılan nüvə sənədinin ləğvinə çalışır". APA TV-nin Rusiya mənbələrinə istinadən məlumatına görə, bu açıqlama ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.
"Ər-Riyad İran nüvəsi ilə bağlı danışıqların 2013-cü ildən əleyhinə olub. Onlar bu razılaşmanın baş tutması üçün bütün səylərini ortaya qoyublar. Səudiyyə Ərəbistanında həmişə bizə qarşı fobiya olub. Bu gün də onlar bunu açıq şəkildə büruzə verirlər. Ər-Riyad hazırda Tehranla bilərəkdən yaratdığı qarşıdurmanı daha da dərinləşdirib, bütün bölgəyə yaymaq siyasətini güdür", - deyə iranlı diplomat bildirib.
Cavad Zərif əlavə edib ki, onlar, beynəlxalq ictimaiyyətin Səudiyyə Ərəbistanının bölgədə ekstremizmin yayılmasına sponsorluq etməsinə, nəhayət, reaksiya verəcəyinə ümidlərini itirməyiblər.
"Səudiyyə Ərəbistanının strategiyası bizə bəllidir. Onlar Yəməndəki ekstremistlərə dəstək verməklə münaqişənin uzanmasına nail olmaq və İran ətrafında ajiotaj yaradıb, bundan Qərbə bizimlə nüvə razılaşması imzaladığı üçün təzyiq etmək fikrindədirlər", - deyə Zərif qeyd edib.