Prezident İlham Əliyev Zəlimxan Yaqubla vida mərasimində iştirak edib

Yanvarın 11-də Təzəpir məscidində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Zəlimxan Yaqubla vida mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

 

Əvvəlcə Qurani-Kərimdən ayələr oxunub. Dövlət başçısı mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

 

Zəlimxan Yaqubun ailə üzvləri mərhumun xatirəsinə göstərilən ehtirama görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Sonra xalq şairi Zəlimxan Yaqubun cənazəsi son mənzilə yola salınıb.

 

Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.

Müəllif | Apa.Tv
Apa.tv