Lənkəranda iki maşın toqquşdu
Lənkəranda bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə yanvarın 11-də saat 16.00 radələrində şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb.
Lənkəran şəhər sakini, 66 yaşlı Ramiz İmaməliyevin idarə etdiyi "Mercedes" markalı, 10 SN 675 dövlət nömrə nişanlı minik avtomobili Lənkəran şəhər sakini, 27 yaşlı Elnur Əliyevin idarə etdiyi "Lada Priora" markalı, 42 BE 400 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.
Güclü zərbənin təsirindən yoldan çıxan "Priora" markalı avtomobil səkinin yanındakı beton hasara çırpılıb. “Mersedes”in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.