Göyçay sakini qohumuna 5 bıçaq vurdu
Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Bığır kəndində qeydə alınıb.
Kənd sakini, 36 yaşlı Həsənağa Rəhim oğlu Həsənov şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı qonşusu və bibisinin qaynı oğlu, 28 yaşlı Beydullayev Nurlan Şövkət oğlunu bıçaqlayıb.
Döş qəfəsi, boyun və qarın boşluğundan 5 bıçaq xəsarəti alan Nurlan Beydullayev təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Hazırda onun vəziyyəti ağır olaraq qalır: “Heç nə yadımda deyil. Hadisənin necə baş verdiyini xatırlamıram. Ayılanda gördüm xəstəxanadayam”.
Hadisəni törədən Həsənağa Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.