Azərbaycanda dollar yenə bahalaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnəsini açıqlayıb.
APA TV-nin məlumatına görə, Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi yanvarın 11-i ilə müqayisədə bahalaşaraq 1.5685 manat olub.
Avrozonanın vahid valyutası isə ucuzlaşıb. Mərkəzi Bank avronun məzənnəsini 1.7069 manat olaraq açıqlayıb.
Rusiya rublu yenə də ucuzlaşıb. Hazırda 1000 Rusiya rublunun rəsmi məzənnəsi 20 manat 50 qəpikdir.