“Qızıl top” yenə Messiyə verildi - 5-Cİ DƏFƏ
“Barselona”nın hücumçusu Lionel Messi ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının builki sahibi olub.
APA TV-nin xəbərinə görə, argentinalı futbolçu səsvermədə “Barselona”dakı komanda yoldaşı Neymarı və “Real”ın hücumçusu Kriştianu Ronaldunu geridə qoyub.
Son iki ildə FİFA-nın “Qızıl top”u Ronalduya, bundan əvvəlki dörd ildə isə Messiyə verilmişdi.
Ötən axşam 2015-ci ilin ən yaxşı məşqçisinin də adı məlum olub. Bu titula “Barselona”nın baş məşqçisi Lius Enrike layiq görülüb. O, “Bavariya”nın çalışdırıcısı Xosep Qvardiola və Çili millisinin baş məşqçisi Xorxe Sampaolini qabaqlayıb.
45 yaşlı Luis Enrikenin başçılığı altında “Barselona” ötən il İspaniya çempionatının, ölkə kubokunun, Çempionlar Liqasının, UEFA Superkubokunub və dünya klub çempionatının qalibi olub.
Amerikalı Karli Lloyd isə 2015-ci ilin ən yaxşı qadın futbolçusu seçilib.