ABŞ aviasiyası İŞİD-in maliyyə mərkəzini məhv etdi

Birləşmiş Ştatlar aviasiyası İŞİD-in İraqın şimalında yerləşən Mosul şəhərindəki əsas maliyyə mərkəzini məhv edib. APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, bu barədə Pentaqondan bildirilib.

 

Qırıcılar terrorçuların maliyyə vəsaitlərini saxladığı binaya iki güclü aviazərbə endirib. Bombardman nəticəsində ölənlərin sayının 7 nəfəri keçdiyi deyilir.


ABŞ rəsmilərinin yaydığı məlumatda, terrorçular həmin binada saxlanılan pulu İraq və Suriya ərazisində keçiriləcək əməliyyatlara xərcləməyi planlaşdırırdılar. 

Müəllif | Apa.Tv
Apa.tv