Bakıda oğru dəstəsindən 19 kq-dan çox narkotik götürüldü

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayon sakini, 1993-cü il təvəllüdlü Mərhəmət Sədirovdan 5,15 qram, Bakı şəhər sakinləri - 1987-ci il təvəllüdlü Nahid Həsənovdan 5,88 qram və əvvəllər məhkum olunan, 1983-cü il təvəllüdlü Rəşad Əzimovdan 5,84 qram, ona məxsus zənbildən isə 19 kiloqram 150 qram qurudulmuş marixuana aşkarlanıb.

 

Araşdırma zamanı müəyyən edilib ki, onlar yanvarın 8-də Bakı şəhər sakini Zaur Aslanova məxsus Şüvəlan qəsəbəsində yerləşən bağ evindən velosiped, yanvarın 9-da həmin ünvandan qədim samovar, qədim 3 ədəd mis podnos və külqabı, 2 ədəd  xəncər, geyim və elektron məişət əşyaları oğurlayıblar. Oğurlanan əşyalar maddi sübut kimi götürülüb.

Müəllif | Apa.Tv
Apa.tv