İstanbulun Sultanəhməd meydanında partlayış: ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərindəki Sultanəhməd Meydanında partlayış baş verib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

 

Olay yerinə çoxlu sayda təcili tibbi yardım avtomobilləri,  polis və yanğınsöndürmə briqadaları cəlb olunub. Məscid yaxınlığında üzərində partlayıcı qurğu olan şəxsin turist qrupunun arasına girərək partlayıcı qurğunu işə salması barədə xəbərlər yayılsa da, bu məlumat hələlik təsdiqini tapmayıb.

Müəllif | Apa.Tv
Apa.tv