Yevlaxda müəllimə məktəbin qarşısında öldürüldü

Yevlax rayonunda qətl hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Yevlax şəhərindəki 2 saylı musiqi məktəbinin qarşısında qeydə alınıb.

 

Həmin məktəbdə müəllimə işləyən 35 yaşlı Ahu Nadir qızı Süleymanova məktəbin binası qarşısında qardaşı Veysəl Nadir oğlu Hüseynov tərəfindən qətlə yetirilib. Çoxsaylı bıçaq zərbələri alan Ahu Süleymanova elə hadisə yerində dünyasını dəyişib.

 

Hadisə şahidlərinin bildirdiyinə görə, qadının 2 azyaşlı övladı var. Qətlin konkret səbəbləri məlum deyil.

 

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv