Bakıda yanğın: ev əşyalarla birlikdə yandı
Bakıda ev yanıb. APA TV-nin məlumatına görə, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb. Elxan Həsənov 63 ünvanında yerləşən Hüseynov Firuza məxsus ev 80 kv.m sahədə yanıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin Suraxanı Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın tez bir zamanda söndürülür, alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.
Ev sahibi Firuz Hüseynovun APA TV-yə verdiyi məlumata görə, yanğın zamanı evdə heç kəs olmayıb.
"Mən işdə idim. Qonşular zəng vurdu ki, eviniz yanır. Tez özümü çatdırdım. Mən gələnə kimi yanğınsöndürənlər alovu söndürmüşdülər. Evimizin 80 kv.m-i yanıb. Heç bir əşya çıxara bilməyiblər. İlkin ehtimala görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub".
Qeyd edək ki, yanğın zaman xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.