Bakıda 27 yaşlı gənc müəmmalı şəkildə bıçaqlandı

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi olub. APA TV-nin məlumatına görə, hadisə rayonun Bəhruz Nuriyev ev  12 ünvanında qeydə alınıb.  1989-cü il təvəllüdlü Şükürov Əfqan Elvin oğlu qarın nahiyəsinin bıçaq yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, xəstəyə dərhal müdaxilə edilib və o, əməliyyata alınıb.  Hazırda xəstənin vəziyyəti orta ağır olaraq qalır.

 

Hadisə barədə polis məlumatlandırılıb.  Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları araşdırmalara başlayıblar. Hazırda polis 27 yaşlı gəncin kimlər tərəfindən və hansı şəraitdə bıçaqlandığını araşdırır.

 

Müəllif | Apa.Tv