İran ABŞ-ın iki hərbi gəmisini saxladı
İran ABŞ Hərbi Dəniz Qüvvələrinə aid iki hərbi gəmini saxlayıb. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, hadisədən bir qədər öncə Birləşmiş Ştatlar komandanlığı Küveytdən Bəhreynə istiqamətlənən bu gəmilərlə əlaqəni itirib.
Rəsmi Tehran sözü gedən gəmilərdən birinin İranın su sərhədlərini pozduğunu bildirir.
Bundan dərhal sonra Amerika Hərbi Komandanlığı İran hökuməti ilə əlaqə saxlayıb. İran tərəfi ekipaj üzvlərinin sağ-salamat olduğu, gəminin yaxın vaxtlarda öz hərəkətini davam etdirəcəyini bildirib.