Cəlilabadda 7 yaşlı oğlan bədbəxt hadisənin qurbanı oldu
Cəlilabadda bədbəxt hadisə baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Məlikqasımlı kəndində qeydə alınıb.
Kənd sakini, 7 yaşlı Dövran Vahid oğlu Qurbanov həyətlərindəki əncir ağacında yelləncək hazırlayarkən ehtiyatsızlıqdan kəndir onun boğazına keçib və yeniyetmə yerindəcə boğularaq dünyasını dəyişib. Onun valideynləri hadisədən xəbər tutanda isə, artıq gec olub.
Məlumata görə, ailənin ikinci övladı olan Dövran birinci sinif şagirdi imiş. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.