Şirvanda baş verən qəzada sürücü yaralanıb

Şirvanda sərxoş sürücü qəza törədib. APA TV-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza ötən gün  Şirvan-Salyan magistralının Hacı Qəhrəmanlı qəsəbəsi ərazisində baş verib.


Şirvan sakini, 1969-cu il təvəllüdlü Məmmədov Əlizadə Əlisəfa oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes” markalı 18 BG 587 dövlət nömrə nişanlı avtomobil qəfil yoldan çıxıb və aşıb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
 

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı