Bakı metrosunda dəhşətli intihar: özünü qatarın altına atdı
Bakı metrosunda intihar hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, hadisə bu gün saat 11.00 radələrində Bakı Metropoliteninin “Əhmədli” stansiyasında qeydə alınıb.
40-45 yaşlı kişi özünü qatarın altına atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.
Faktla bağlı araşdırma aparılır.