Türkiyədə terrorçuluqda şübhəli bilinən 3 Rusiya vətəndaşı saxlanıldı

Türkiyənin Antalya şəhərində üç Rusiya vətəndaşı saxlanılıb. APA TV-nin RBK-ya istinadən məlumatına görə, onlar İŞİD üzvü  və İstanbulda Sultanəhməd meydanında törədilən terror aktı ilə əlaqədə olmaqda şübhəli bilinirlər.

Rusiyanın Antalyadakı konsulu da faktı təsdiqləyib.

Xatırladaq ki, İstanbulda Kamikadze tərəfindən törədilən partlayış nəticəsində terrorçu ilə bərabər 11 nəfər ölüb, 15 nəfər isə yaralanıb. Həyatını itirənlər arasında Almaniya, Peru və Norveç vətəndaşları var.

Sultanəhməd terrorundan sonra ölkənin böyük şəhərlərində polis gücləndirilmiş iş rejiminə keçib.

 

Müəllif | Apa.Tv
Apa.tv