Ermənistan "donuz qripi" nə yoluxdu: ölənlərin sayı artır

Ermənistanda "donuz qripi"ndən 9-cu ölüm faktı qeydə alınıb. APA-ın “news.am” saytına istinadən verdiyi xəbərə görə, “Surb Qriqor Lusaroviç” xəstəxanasında 50 yaşlı kişi ölüb. Xəstəxanadan bildirilib ki, pasiyentdə H1N1 virusu aşkarlanıb və o, süni tənəffüs aparatına qoşulub.

 

Ermənistan Səhiyyə Nazirliyi isə ölkədə "donuz qripi"nin olması faktını təkzib edir.

Müəllif | Apa.Tv
Apa.tv