Hacıqabulda baş verən qəzada sürücü ağır yaralanıb

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayonun Rəncbər kəndi ərazisində, Bakı-Qazax yolunun 110-cu kilometrliyində 1999-cu il təvəllüdlü Şirvan sakini Feyzullayev Elnur Qəribağa oğlunun idarə etdiyi “VAZ 21014” markalı 90 VS 407 dövlət nömrə nişanlı avtomobil Beyləqan sakini Süleymanov Ədalət Süleyman oğlunun idarə etdiyi “KamAZ” markalı 90 BG 611 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə Elnur Feyzullayev sol baldırın sınıqları, kəllə travması ilə travmatik şok vəziyyətində Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, VAZ 21014 markalı avtomobil  130 km/saat sürətlə hərəkətdə olub. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.  

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı