Medvedev rusiyalılara səsləndi: "Ən pis vəziyyətə hazır olun"

“Əgər neftin qiyməti bundan sonra da düşməyə davam edərsə, bareli 50 dollardan hesablanmış büdcə parametrlərinin dəqiqləşdirilməsinə ehtiyac olacaq”. APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya baş naziri Dmitri Medvedev bildirib. Rusiya hökumətinin başçısı digər ölkələrdə olduğu kimi, ən pis ssenariyə hazırlaşmağın lazım olduğunu söyləyib.

“Ayağımızı yorğanımıza görə uzatmalıyıq. Büdcə qənaəti hər şeydən öncə dövlət aparatının xərclərinə aid olmalıdır, itirilmiş gəlir isə dövlət aktivlərinin özəlləşdirilməsi ilə əvəz edilə bilər”.


Medvedev "ən pis ssenari"nin necə ola biləcəyini dəqiqləşdirməyib. Hökumətin maliyyə-iqtisadi blokundakı mənbə RBK-ya açıqlamasında Maliyyə Nazirliyinin iki büdcə variantına baxdığını söyləyib. Birinci variant baza variantı hesab olunur. İkinci variantda isə kəsir ÜDM-in 7,5 faizini təşkil edəcək.

Müəllif | Apa.Tv
Apa.tv