Azərbaycanda dollar yenidən bahalaşdı

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi yanvarın 13-ü ilə müqayisədə bahalaşaraq 1.5706 manat olub.

 

Avrozonanın vahid valyutası da bahalaşıb. Mərkəzi Bank avronun məzənnəsini 1.7106 manat olaraq açıqlayıb.

 

Rusiya rublunun məzənnəsi isə nəhayət ki, artıb. Hazırda 1000 Rusiya rublunun rəsmi məzənnəsi 20 manat 40 qəpikdir.

 

Xatırladaq ki, Mərkəzi Bank xarici valyutaların məzənnəsini həftə içi hər gün açıqlayır.

Müəllif | Apa.Tv
Apa.tv