"VAZ-2107" yol kənarında dayanan "Mercedes"ə çırpıldı

Bakının Nərimanov rayonunda yol qəzası baş verib, iki nəfər xəsarət alıb. APA TV-nin xəbərinə görə, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

 

21 yaşlı Niyaz Bədiyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə “20 Yanvar” dairəsi istiqamətində hərəkətdə olarkən yol kənarında dayanan və Məşədiəsgər Əsgərova məxsus “Mercedes” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “Mercedes” körpüyə dəyib, hər iki avtomobil deformasiyaya uğrayıb. "VAZ-2107"-də olan sərnişinlər - 22 yaşlı Elman Hüseynov və Nicat Abbaslı xəsarət alıblar. Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıblar.

 

“Mercedes”in sürücüsü Məşədiəsgər Əsgərov qəzanı belə xatırlayır: “Maşını saxladım, düşdüm. Girdim içəri, su aldım. Qayıtdım oturdum maşına. İstədim kəməri taxıb maşını işə salam, bir də gördüm ki, vurdular”.

 

Hadisə yerinə polis əməkdaşları gəliblər. Sürücülərin ifadələri alınıb. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.

Müəllif | Apa.Tv
Apa.tv