Azərbaycan Pakistana yardım edəcək
Azərbaycan Pakistanın zəlzələ baş vermiş əyalətlərində yardım kampaniyası keçirməyi planlaşdırır. Bu barədə APA TV-yə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib.
Səfir 2 gün öncə Pakistanda baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı ölkələrin yardım təklifi məsələsinə də toxunub.
Səfir Pakistan fövqəladə hallar nazirliyinin rəsmi məlumatına istinadən bildirib ki, zəlzələ nəticəsində ölənlərin sayı 400 nəfəri keçib, ümumilikdə 200 mindən çox insana zərər dəyibo son məlumata əsasən heç bir azərbaycanlıya zərər dəymədiyini deyib.