Diyarbəkirdə silsilə partlayışlar: xeyli sayda ölən və yaralanan var

Türkiyənin Diyarbəkir vilayətində terrorçular təhlükəsizlik xidmətinin binasına partlayıcı quraşdırılmış maşın və avtomat silahlarla hücum ediblər.

 

Rəsmi məlumata görə, terror hücumu nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 39 nəfər yaralanıb. Ölənlərdən ikisinin polis, üç nəfərin isə mülki vətəndaş olduğu bildirilir.

 

Terrorçular əvvəlcə partlayıcı quraşdırılmış maşını partladıb, ardınca isə təhlükəsizlik xidmətinin binasını atəşə tutublar. Təhlükəsizlik qüvvələri tərəfindən terrorçulara cavab atəşi açılıb.

 

Bildirilir ki, terrorçular eyni anda üç müxtəlif yerə -  polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə hücum edib. Xəstəxanalara yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var.

 

Baş vermiş partlayış nəticəsində yaxınlıqda yerləşən bina uçub.

 

Silsilə terror aktlarının ardınca terrorçularla polis arasında atışma baş verib. Nəticədə 8 terrorçu öldürülüb, digərləri isə qaçmağa müvəffəq olub. 

Müəllif | Apa.Tv
Apa.tv