İran Fars körfəzində saxladığı ABŞ hərbçilərini diz çökdürüb tərksilah etdi - REAL GÖRÜNTÜ

İranın ABŞ-ın iki hərbi gəmisini hansı şəraitdə və necə saxlamasının görüntüləri yayılıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, hadisədən dərhal sonra ABŞ-ın xarici işlər naziri Con Kerri iranlı həmkarı Cavad Zərifə zəng edib.

 

İranlı diplomat gəmilərin və hərbçilərin azad ediləcəyini deyib və əlavə edib ki, Amerika hərbçiləri ilə hər şey öz qaydasındadır. Tehran rəsmisi həmçinin konflikti böyütmək fikrində olmadıqlarını da deyib.

 

Sonradan yayılan videolarda isə amerikalıların diz üstə çökdürüldüyü, əllərini başlarının arxasına qoymaları üçün məcbur edildikləri və onların İslam Keşikçiləri Korpusu hərbçilərinin əhatəsində olduğu görünür.


Onların pasportları və silahları müsadirə olunduqdan sonra cərgəyə düzüldüklərini görüntüləyən kadrlar İran telekanallarının birində yayımlanıb.


Xatırladaq ki, iki gün əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinə aid iki gəmi Küveyt və Bəhreyn sahillərinə istiqamət aldıqdan sonra onlardan biri İrana aid sulara daxil olub. İkinci gəmi isə ona həmin sulardan çıxması üçün köməyə gəlib. Bundan sonra İran həmin gəmiləri saxlayıb.
 

Müəllif | Apa.Tv
Apa.tv