ABŞ-da erməni boksçu oğurluğa görə həbs olundu!
ABŞ-ın Kaliforniya ştatında oğurluq edən erməni boksçu həbs olunub. APA TV-nin xəbərinə görə, maşın parkında qazma qurğusu oğurlayan keçmiş peşəkar boksçu Vilyam Abelyan polis tərəfindən saxlanılıb. Bu barədə "Glendale News-Press" qəzeti məlumat yayıb. İrəvanda doğulan Abelyan NABO - Şimali Amerika Boks Təşkilatı versiyası üzrə çempion olub. Onun peşəkar karyerasında 24 qələbə, 6 məğlubiyyət var.
34 yaşlı idmançının evində aparılan axtarışlarda oğurluq qurğu tapılıb. Onun avto parkda etdiyi oğurluq hadisəsi müşahidə kameraları tərfindən də qeydə alındığından keçmiş boksçu girov müqabilində şərti azadlığa çıxa bilməyib.