Azərbaycanda dövlət məmuru qəzaya uğrayıb
Ötən gün axşam saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın 71-ci kilometrində, Xızı rayonu ərazisində qeydə alınıb. Xızı rayon sakini, 1962-ci il təvəllüdlü Bağırov Neybulla İsa oğlunun idarə etdiyi “Tavriya” markalı avtomaşın sərt döngədə idarəetməni itirərək aşıb. Qəza nəticəsində maşında olan iki sərnişin - 1983-cü il təvəllüdlü Xızı rayonu, Giləzi qəsəbə sakini Əhmədov Müslüm Həsən oğlu və 1981-ci il təvəllüdlü Xızı rayonu, Stalçay kənd sakini İmambaxşıyev Seymur İmambaxış oğlu müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
“Tavriya”nın sürücüsü ll qrup Qarabağ əlilidir və avtomobil ona dövlət tərəfindən verilib.
Digər bir yol nəqliyyat hadisəsi isə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 157-ci km-də, Qubanın Qaraçay kəndi ərazisində baş verib.
Siyəzən rayon sakini, 56 yaşlı Rafiq Kəbirovun idarə etdiyi 90 GC 574 dövlət nömrə nişanlı, “Hyundai” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü Rafiq Kəbirov və onun avtomobildə olan 6 yaşlı nəvəsi Lamiyə Cıqaliyeva xəsarət alıb.
Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblarXəstəxanadan verilən məlumata görə, Rafiq Kəbirovun vəziyyəti orta-stabil olduğundan o, palata şəraitində müalicə alır. 6 yaşlı Lamiyə isə ilkin yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Qəzaya düşən Rafiq Kəbirov Siyəzən Rayon Telekommunikasiya Qovşağının rəisidir.