Bakıda neft terminalında faciə: ölən var

Səngəçaldakı neft-qaz terminalında bədbəxt hadisə baş verib. APA TV-nin  məlumatına görə, yanvarın 7-də terminalın əməkdaşı, 1965-ci il təvəllüdlü Rəfael Cəbrayıl oğlu Məmmədov hündürlükdən yıxılıb.

 

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən şirkət əməkdaşı həkimlərin səyinə baxmayaraq, ötən gün vəfat edib.

 

Faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə iş başlansa da, sonradan cinayət işi 162.2-ci maddəyə tövsif edilib.

 

Araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv