Füzulidəki aksiyaya görə icra nümayəndəsi saxlanıldı

Füzuli Rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

APA TV-nin məlumatına görə, Füzuli Rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyev yanvarın 13-də rayonda baş verən hadisələrlə bağlı saxlanılıb. Hadisə ilə bağlı daha bir neçə nəfərin də saxlanıldığı qeyd olunur.

 

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Salmanov APA-ya Ş.Hacıyevin saxlanılması faktını təsdiqləyib.

 

Müəllif | Apa.Tv