Tovuzda itkin düşən 21 yaşlı qız tapıldı

Tovuzda 3 gün əvvəl yoxa çıxan 21 yaşlı qız tapılıb.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı tapılaraq bu gün səhər ailəsinə təhvil verilib.

 

Məlumata görə, qız evlərinin yaxınlığında yaşayış olmayan tikilidə gizlənirmiş.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparırlar.

 

Müəllif | Apa.Tv
Apa.tv