"Cırtdan"ın planları: Narkobaron "Mançester Siti", "Çelsi", "Milan" və "Yuventus" klublarını almaq istəyib

Meksikalı "Cırtdan" ləqəbli narkobaron Hoakim Qusman Loerin həbsxanadan son qaçışı onun bəzi planlarını həyata keçirməsi üçün təşkil olunub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, narkobaron İngiltərənin "Çelsi" futbol klubunu almaq istəyib. Hoakim Qusmanın yaxın ətrafından bildiriblər ki, "Cırtdan" bunun üçün 863 milyon dollar ödəməyə hazır olub.


Məşhur "Forbes" jurnalı narkobaronun varidatını 1 milyard dollar olaraq göstərir. Bu nəticəyə görə, onun "Çelsi"dən başqa, "Mançester Siti", "Milan" və "Yuventus" komandalarını almaq şansı da olub.

Müəllif | Apa.Tv
Apa.tv