ARDNŞ-in binasında İNTİHAR

Dövlət Neft Şirkətində (ARDNŞ) intihar hadisəsi baş verib. Hadisə bu gün şirkətin “Azneft” dairəsində yerləşən baş ofisində qeydə alınıb. Neft Şirkətinin sosial inkişaf idarəsinin təsərrüfat işçisi Kamran Seyidov baş ofisin binasında təsərrüfat işləri ilə məşğul olarkən otaqlardan birinə daxil olaraq orada özünü asıb.

 

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gedib. Mərhumun meyiti müayinə edilmək üçün ekspertizaya göndərilib. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Dövlət Neft Şirkəti hadisə ilə bağlı rəsmi məlumat yayıb. APA TV-yə daxil olan məlumata görə, bu gün ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Mədəni-Kütləvi Tədbirlər, İstirahətin Təşkili və Təsərrüfat Departamentinin təmir-istismar sahəsinin 11-ci dərəcəli ustası, 1969-cu il təvəllüdlü Seyidov Kamran Nazim oğlu təsərrüfat işləri ilə məşğul olmaq məqsədi ilə şirkətin baş ofisinə gəlib.

 Kamran Seyidov namaz qılmaq üçün ibadət otağına daxil olaraq naməlum səbəblərdən intihar edib. Faktla bağlı araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv