Tovuzda tapılan 21 yaşlı qız xəstəxanaya yerləşdirildi

Tovuzda 3 gün əvvəl yoxa çıxan 21 yaşlı qız xəstəxanaya yerləşdirilib.

 

APA TV-nın qərb bürosunun xəbərinə görə, bu gün səhər tapılaraq ailəsinə təhvil verilən Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

 

Müayinə zamanı qızın üzərində heç bir zorakılıq əlamətlərinin olmadığı müəyyən olunub. Yoxa çıxdığı gündən ac qalan gənc qızın orqanizminin bir qədər zəiflədiyi məlum olub. Xəstəxanada müalicəsi davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv