Neftin qiymətində növbəti anti-rekord

İran neftinin bazara çıxarılmasının gözlənildiyi bir vaxtda neftin 15 yanvar tarixinə olan qiyməti aşağı düşməkdə davam edir.

 

APA TV-nin "Bloomberg"ə istinadən xəbərinə görə, bu gün birjalarda "Brent" markalı neftin 1 barelinin qiyməti 3,37 faiz azalaraq, 29,85 dollar təşkil edib.

 

Dünya birjalarında WTI markası ilə təklif olunan "qara qızıl"ın dəyərində isə 4,81 faizlik azalma qeydə alınıb. Hazırda bu markadan olan neftin 1 barelinin qiyməti 29,7 dollardır.

 

Analitiklərin fikrincə, Qərbin nüvə proqramına görə İrana tətbiq etdiyi sanksiyalar artıq yaxın sutka ərzində aradan qaldırıla bilər ki, bu da İran xam neftinin ixrac həcminin avtomatik olaraq artması ilə nəticələnəcək.


Bu arada "Mitsubishi Corp." şirkətinin meneceri Toni Nunnan mətbuata açıqlamasında İran üzərindən sanksiyaların ləğv edilməsinin qiymətlərin sürətlə azalmasına daha da təkan verəcəyini bildirib.


Xatırladaq ki, Birləşmiş Ştatların "Morgan Stanley", "Goldman Sachs" və "Citigroup" kimi nəhəng investisiya bankları qiymətlərin bir qədər də enərək 30 dollardan aşağı, daha dəqiqi, 20 dollarlıq göstəriciyə yaxın olacağı ehtimalı üzərində dayanıblar.

Müəllif | Apa.Tv
Apa.tv