Gəncədə “Hyundai” maneəyə çırpıldı

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun xəbərinə görə, şəhərin Şahsevənlər küçəsində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb.

 

Qəza zamanı sürücü, 1984-cü il təvəllüdlü Yunis Xəlilov xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib.


Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli