İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirildi, Dövlət Agentliyi ləğv edildi

Azərbaycan prezidenti İlham Əliyev İqtisadiyyat və Sənaye Nazirliyinin adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

 

APA TV-nin xəbərinə görə, sərəncama əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadiyyat Nazirliyi adlandırılıb.

 

Ölkə başçısının digər sərəncamına əsasən, Şahin Mustafayev iqtisadiyyat naziri təyin olunub.

 

Prezidentin imzaladığı başqa sərəncamla Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib. Agentliyinin vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib.

 

Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Müəllif | Apa.Tv
Apa.tv